Polad Alemdar ekranlara qayıdır. “Qurdlar vadisi xaos” nə vaxt efirdə olacaq?

777

Hurriyyet.org xəbər verir ki, Polad Alemdar rolu ilə milyonların sevimlisinə çevrilmiş Necati Şaşmazın bildirdiyi kimi, məşhur serial yenidən ekranlara qayıdır. “Qurdlar vadisi xaos” filminin fevral ayından etibarən Türkiyənin Show TV (Şou-TV) kanalında nümayiş etdiriləcəyi gözlənilir.  Artıq filmin təqdimat kadrları yayılmağa başlayıb.

Necati Şaşmaz film barəsində belə deyib: “Xaos idarəçiliyi deyə bir ideologiya var. O ideologiyada dünyanı xaosa yönəldib, xaos ilə idarə eləmək nəzərdə tutulur. Biz də bu xaos idarəçiliyindən xilas olmaq yollarından danışmağa çalışacağıq. Xaos vəziyyətinə nələr əlimizdən alınır, nələrə qarşı savaşmalıyıq, nələrdən əziyyət çəkə bilərik… Hekayəmizdə bunlardan danışmağa çalışacağıq. Yaxın coğrafiyamızda, istər körfəz ölkələri olsun, istər bizə yaxın olanlar, siyasi və coğrafi tarazlıqda bizlər harada olacağıq, necə duracağıq, nələr edə bilərik. Bunlardan bəhs edən hekayələrimiz olacaq. Qlobal mənada Myanmardan, Əfqanıstandan Makedoniyaya, hətta Amerikaya uzanan hekayələr olacaq deyə, indidən xəbər verə bilərəm”.