Pnevmoniyanın inkişafından necə şübhələnmək olar? Həkim izah edir

273

Yüksək və uzun müddət ərzində düşməyən qızdırma pnevmoniyanın inkişafına işarə edə bilər.

Rusiyalı həkim Sergey Qroşevin sözlərinə görə, pnevmoniya zamanı qızıdırma daim yüksək olur (38 C-dən yuxarı ) və 3 gündən artıq müşahidə olunur.

Bundan əlavə üzücü, uzunsürən öskürək də pnevmoniyanın simptomu ola bilər. Pnevmoniya zamanı öskürək bəzi vəziyyətlərdə (məsələn, uzananda) daha da artır.

“Pnevmoniya hər zamanı ümumi zəiflik, iştahanın və iş qabiliyyətinin azalması, baş ağrıları və narahat yuxu kimi simptomlarla müşayiət olunur”, – həkim bildirib.

Həmçinin Qroşev qeyd edib ki, pnevmoniyanın simptomları ağır bronxitin simptomlarına da bənzəyir.  \\Saglamolun