PKK terror təşkilatı barədə xəbər yazaraq TÜRKİYƏNİ HƏDƏF SEÇDİLƏR

    12

    Hurriyyet.org xəbər verir ki, Kanadanın rəsmi CBC kanalı ölkənin terror təşkilatlarının adı qeyd edilmiş rəsmi siyahısına salınmasına rəğmən, PKK-nın qadın terrorçularını mədh edən xəbər yayıb.

    CBC Kanadanın Monreal şəhərində yaşayan kürd əsilli fotoqraf və rejissor Zayne Akyolun PKK üzvü olan terrorçu qadınların Qəndil dağındakı həyat tərzlərindən bəhs edən, noyabrın 22-də Espace Mile End qalareyasında açılan və 20 fotodan ibarət olan “Rojeke” (Bir Gün) adlı sərgisi barəsində xəbər yayıb. “Kürdistanın qadın döyüşçüləri monreallılar üçün yaradıcı çağırışlar edir” başlıqlı xəbərdə PKK “Türkiyənin şərqində müstəqil kürd dövləti qurmaq üçün savaşan qanunsuz üsyançı qrup” kimi təqdim edilib və regionda İŞİD terrorçuları ilə mübarizə aparan yaraqlılar kimi göstərilib.

    Akyolun çəkdiyi “Gülüstan” adlı filmdən də bəhs edilən xəbərdə, PKK-nın Kanada dövləti tərəfindən terrorçu qruplaşma kimi qəbul edildiyi də etiraf edilib.

    “Kanada icazə verməməlidir”

    Türkiyənin Ottavadakı səfiri Selçuk Ünal “Anadolu Agentliyi”nə müsahibəsində məsələ ilə bağlı Türkiyənin Kanadadakı səfirlikləri və konsulluqlarının federal və yerli orqanlara etirazlarını bildirdiklərini söyləyib.

    Hurriyyet.org