PKK GERÇƏYİ: ARTIN AĞOPYAN NECƏ “ÖC” ALAN OLDU… – II HİSSƏ

    12

    Kürdcə danışa bilməyən Abdullah Öcalan necə “kürd xalqının lideri” ola bilər?

    “Facebook” sosial şəbəkəsində aktiv olan Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının radikal və aktiv üzvlərindən biri Abdullah Öcalanla bağlı bəzi məqamları açıqlayıb. Açıqlamalara görə, dünya ictimaiyyətinin kürd terror şəbəkəsinin rəhbəri kimi tanıdığı Abdullah Öcalan ermənidir. Səhifədə paylaşılanları sizlərə olduğu kimi təqdim edirik:

    “Beş il əvvəl idi. DTP-nin Diyarbakırda düzənlənən konqresin hesabatında terrorçu Abdullah Öcalan “Kürd xalqının öndəri” kimi təqdim olundu. Təbii ki, biz də buna sərt təpki vermişdik. Demişdik ki, necə ola bilər ki, Abdullah Öcalan kimi soykökü bəlli olmayan birisi kürdlərin lideri kimi təqdim edilir? Bu məqsədlə də araşdırmalar aparıb, bəzi bilgilər əldə etmişik.

    (Əvvəli bu linkdə:http://hurriyyet.org/xeber/pkk_geryi_artin_aopyan_nec_quotcquot_alan_oldu)

    Şəhid atası onun erməni olduğunu üzünə hayqırdı

    İmralıda sözdə cəza çəkən, əslində isə istirahətdə olan Artin Ağopyanın kürd olmadığını kim üzə çıxardı, bilirsizmi? İmralıda gedən məhkəmə prosesində çıxış edən şəhid atası, Başbağlar qətliamında oğlunu itirən Əhməd Beşqardaş. O, Öcalana xitabən kürd dilində “Ez kırmanc im”, yəni “sən kürd deyilsən, ermənisən”, “əgər kürdsənsə, sənə dediyim sözlərə cavab ver” deyib. Amma heç bir cavab ala bilməyib. Beləcə APO deyilən qatilin əslində erməni olduğunu bir şəhid atası onun üzünə hayqırıb. Amma bu bilgilər, bu ifadələr mətbuata yansıdımı? Yox. İmkan verilmədi. O da bir ayrı müzakirə mövzusudur. Belə məsələlər çox vaxt mətbuatda işıqlanmır, işıqlananda isə, alt sıralarda yer alır.

    Bəzi televiziyalar bu mövzunu diqqətə çatdırmaq yerinə “Sizə indi önəmli bir olay göstərəcəyik” deyib, APO-nun eynək taxması səhnələrini təqdim elədilər.

    Картинки по запросу PKK

    Vəkilləri Türkiyə dövlətini ittiham etmək üçün şoular yaradır

    ABŞ-in ünlü televiziyası SNN isə nə erməni məsələsini yayınladı, nə də APO-nun Qərb ölkələrini suçlayan ifadələrini səsləndirdi. Əksinə, “APO yaşamasına icazə verildiyi təqdirdə ölkədə sülhü bərqərar edəcəyini” söylədi, ardınca da “İndi Türkiyəyə buraxılmayan Abdullah Öcalanın vəkilinə bağlanırıq” anonsunu verdi.

    APO təxəllüslü bu erməni qatilin ermənimi, kürdmü olduğu bəlli olmayan xain 100 vəkili var. Bunlar növbəylə özlərinə məxsus şoular düzəldərək, Türk dövlətini ittiham edir və guya prosesdən çəkilirlər.

    Hətta onlardan biri – Hollandiyalı bir qadın guya APO-nu müdafiə etmək üçün Türkiyəyə gəlmək istədiyini, amma zalım türk dövlətinin onu ölkəyə buraxmadığını iddia elədi. Üstəlik də, belə bir görüntü yaradıldı ki, guya müdafiəsi APO məhkum edilərsə, yanlış qərar almış olacaqmış!

    APO-nun bəraətini zehinlərə yeritməyə çalışırlar

    Bu qədər müxbiri olmasına rəğmən, SNN Türkiyə qanunlarına görə, müttəhimləri ancaq ölkənin vəkillər kollegiyasına daxil olan, qeydiyyatdan keçən vəkillərin müdafiə edə biləcəyini bilmirmiş kimi, özünü aparıb türk dövlətini suçlayır. Ardınca da CNN spikeri türk qəzetçisinə “APO-nun bəraət alma ehtimalı varmı” deyə soruşaraq bəraəti zehinlərə yeritməyə çalışır. Təbii ki, bu, ABŞ-ın rəsmi dövlət siyasətidir.

    Похожее изображение

    Kompüterə virus salan gəncə 40 il həbs, 30 min insanı öldürənə bəraət?

    Unutulmasın ki, nə Amerikada, nə Almaniyada, nə də İngiltərədə heç bir özəl mətbuat orqanı dövlət siyasətinin əleyhinə olan yayın etməz. O Amerikada ki, Texas ştatında müstəqillik üçün şəbəkə yaradan 5 nəfərdən üçünü vurub öldürdü, ikisini də ömürlük həbs etdi.

    Bir müddət əvvəl isə bilgisayarlara “Melissa” virusu yaydığı üçün əlinə silah almayan bir gəncə 40 il hökm oxudu. Amma bizdə 30 min insanın ölümündə sorumlu olan terrorçu erməniyə “bəraət varmı?” deyə soruşulur.

    Bu arada onu da deyək ki, bizim kürd kökənli vətəndaşlarımız terror dəstəsi ortaya çıxana qədər özlərinə “kürd” deməzdilər. Bir-birilərinə “kırmaanç Zaza”sanmı, deyərdilər və hansı aşirətdən olduqlarını söyləyərdilər. Bu da Avşar, Qarakeçili, Türkmən ifadələrindən heç fərqlənməyən bir deyim kimiydi. Kürd kökənli vətəndaşlarımız çox diqqətli olmalıdırlar, illərdir bizlərə “Abdullah Öcalan” kimi tanıdılan, indi də kürd xalqının lideri deyilən erməni əsilli ünsürü hər kəs yaxşı tanımalıdır. Kürd-türk qarşıdurması yaradaraq Türkiyəni bölmək istəyənlər kimlərinsə maşası, aləti olduqlarını görməlidirlər. Uşaq, böyük, yaşlı, qadın-kişi demədən xalqını qətl edən, aşağılayan biri “xalq öndəri” ola bilməz. Öcalan, deyildiyi kimi, gerçəkdən “Kürd xalq öndəri” olsaydı, xalqına PKK hərəkatını edərdimi? Biz hər şeyi çox tez unuduruq. Amma yenə xatırladıqam:

    Unutmayaq, o, bir əməliyyatda 16 uşaq, 6 qadın, 8 kişi vəhçicəsinə qətl edib

    Öcalanın lider olduğu PKK terror dəstəsinin ən böyük cinayətlərindən biri – 1987-ci ilin iyununda Mardinin Ömərli bölgəsində, Pinarcıqda 16 uşaq, 6 qadın, 8 kişini vəhşicəsinə öldürüb”.

    Tərcümə “Hürriyyət”indir.