PKK terror təşkilatı Sincardan çıxarılır? Rəsmi açıqlama verildi

270

Hurriyyet.org xəbər verir ki, İraqın Ortaq Əməliyyatlar Komandanlığından verilən açıqlamaya görə, bütün silahlı qruplar Sincarı tərk ediblər. Bağdad ilə Ərbil arasında PKK terror təşklatının da bölgədən çıxarılmasının nəzərdə tutan Sincar Müqaviləsi imzalanıb.

“Anadolu Agentliyi”nin rəsmi mənbələrə istinad elədiyi xəbərdə bildirildiyinə görə, İraqın Ortaq Əməliyyatlar Komandanlığının mətbuat nümayəndəsi Tahsin Hafaci deyib: “Mərkəzi hakimiyyət və İraq Kürd Regional İdarəsi arasındakı razılaşmaya görə, Sincarda əraziyə nəzarət eləmək və təhlükəsizliyi təmin eləmək vəzifəsi federal qüvvələrə məxsusdur”.

Türk mənbələr: “Terrorçuların bölgədən çıxdığı müşahidə edilməyib”

Hafaci mərkəzi hakimiyyətin federal polis qüvvəsinin rayonun daxilində, sərhədçilərin isə rayonun xaricində – İraq Suriya sərhədində yerləşdirildiyini bildirib.

Türkiyə təhlükəsizlik mənbələri isə vəziyyətinin diqqətli şəkildə izlənildiyini bildirərək, hələlik terrorçuların regiondan çıxdığını müşahidə eləmədiklərini bildiriblər.