PKK-lı qadın terrorçu: “Ermənistan nə vaxt istəsə gələrik bizim üçün bu iş bitməyib”

354

Hurriyyet.org xəbər verir ki, PKK terror təşkilatının qadınlardan ibarət “YJA Star” bölməsinin rəhbərlərindən olan Layika Gültekin Ermənistana dəstək olduğunu bildirərək deyib: “Qarabağa qədər gedib erməniləri azadlığa çıxara bilərik. Təbii ki, erməni xalqı nə vaxt istəsə, onların sıralarında yer ala bilərik”.

Layika Gültekin PKK-nın liderlərindəndir və adı Türkiyənin Daxili İşlər Nazirliyinin axtarışda olanların ən təhlükəlilərinin qeyd edildiyi qırmızı siyahısındadır.

Türkiyədə dərc edilən “Sabah” qəzetinin xəbər verdyinə görə, PKK-nın  “YJA Star” adlı qadınlardan ibarət şaxəsinin qondarma rəhbərlərindən olan, Beritan Dersim kod adlı Layika Gültekin terror təşkilatının mətbuat orqanına açıqlamasında deyib: “Bizim üçün “bitdi” deyirlər, amma PKK bitməyib ki! Qarabağa qədər gedib erməniləri azadlığa çıxararıq. Erməni xalqı nə vaxt istəsə, gedib onların sıralarına qoşularıq”.