PKK-da BÖYÜK PANİKA – Türkiyənin qorxusundan düşmənləri Əsədə pənah apardı

    6

    Hurriyyet.org xəbər verir ki, PKK terror təşkilatı Suriya hökumətinə “müzakirələrə hazırıq” mesajı verib.

    ABŞ ilə Türkiyənin Menbiçlə bağlı razılaşmasından sonra ortada qalan PYD/PKK Suriya hökuməti ilə danışıqlara yaşıl işıq yandırıb. Dəməşqdən gələn heyəti qəbul edən PYD terrorçuları Bəşər Əsəd ilə görüşməyi tələb ediblər.

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə amerikalı həmkarı Mayk Pompeonun Suriyanın Menbiç şəhərini layihə terror təşkilatı PYD/PKK-dan təmizləmək məsələsində razılıq əldə eləməsi, terrorçuları bölgədə yeni ittifaqlar axtarmağa məcbur edib. Vaşinqton-Ankara razılaşmasından sonra ortada qalan PYD, Əsəd hökumətinə “Danışıqlara hazırıq” mesajını verib. Terrorçular Şamdan Eyn Əl Ərəbə gedən siyasi heyətə Əsədlə görüşmək istədiklərini bildiriblər. Həmçinin, ABŞ prezidenti Donald Trampın İŞİD ilə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqarkın da Menbiç planı çərçivəsində YPG ilə danışıqları başladığı bəlli olub.

    Dəməşqdən gələn qonaq

    “Əl Arabi Əl Cədid” qəzetinin verdiyi xəbərə görə, ABŞ ilə Türkiyənin Menbiçi terrordan təmizləmək barəsindəki razılaşmasından sonra PYD-nin qondarma siyasi orqanı olan Suriya Demokratik Məclisinin həmsədri İlham Əhməd hökumətə yaxın olan “Suriya Demokratik Cəbhəsi” qrupunun üzvlərini qəbul elədiklərini bildirib. Heyətin “PYD ilə Suriya hökuməti arasında dialoqa başlamaq məqsədi ilə” bölgəni ziyarət elədiyini qeyd edən Əhməd terror dəhlizi layihəsini təminat altına almaq istədiklərini və amerikalıların da buna əhəmiyyət verdiklərini bildirib.

    Muxtariyyət tələbi

    Xəbərdə PYD terrorçusunun Türkiyə-ABŞ razılaşmasına qarşı çıxdığı, Əsəd ilə dialoq vaxtının çatdığını bildirdiyi deyilir. YPG-nin regiondakı separatçı rəhbərlərindən olan Aldar Xəlil də üzlərini Dəməşqə sarı çevirdiklərini təsdiqləyib və B.Əsədin “muxtariyyəti” qəbul ediləməyə hazır olub-olmamasını anlamaq məqsədilə heyət göndərməyə hazır olduqlarını bildirib.

    Menbiçdə isə dilomatik canlanma müşahidə edilir. Rusiyanın “Sputnik” informasiya agentliyi Ankara-Vaşinqton razılaşmasından sonra ABŞ prezidenti Donald Trampın İŞİD ilə mübarizə üzrə xüsusi nümayəndəsi Bredd Makqarkın bölgədə Menbiç Hərbi Məclisi və YPG terrorçuları ilə görüşdüyünü bildirib. “Sputnik”ə məlumat verən yerli mənbələr Makqarkın Menbiçə hərbi vertolyotla gəldiyini və ərazidəki Amerika bazasında terrorçularla görüşünün 3 saatdan artıq davam elədiyini bildiriblər.

    Pentaqon: Türkiyə, NATO-nun ön cəbhəsidir

    Vashinqton ilə Ankara arasında razılaşdıqılan Menbiçi terrorçulardan təmizləmək planını dəyərləndirən Amerika müdafiə naziri Cim Mattis hər iki ölkənin Türkiyənin təhlükəsizlik mənafeləri üzərində işlədiklərini deyib. Belçikaya yola düşərkən jurnalistlərə müsahibə verən Mattis deyib: “Türkiyə NATO üçün bir ön cəbhə ölkəsidir. Türkiyənin qanuni mənafeləri üçün bir yol tapmalıyıq”.

    PYD/PKK-dan ibarət olan SDQ-ni də özlərindən uzaqlaşdırmayacaqlarını bildirən Mattis deyib: “Bu, çox qarışıq bir məsələdir. Gördüyüm ən qarışıq bir döyüş meydanıdır”.

    Hurriyyet.org