Pirşağıda 8 dost dənizə girdi, iki nəfər boğuldu – FOTOLAR

    6

    Dünən Bakının Pirşağı qəsəbəsi çimərliyində 2 nəfər dənizdə batıb.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, Abşeron rayonunun Məmmədli kəndindən olan gənclər dənizə yollanıblar.

    Dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfərdən 6-sı xilas edilib. Lakin iki nəfərin həyatını xilas etmək mümkün olmayıb.

    Onlardan birinin cəsədi tapııb. Bu, Abşeron rayon Məmmədli kənd sakini, 2002-ci il təvəllüdlü Sadiq Vüqar oğlu Abbasovdur.

    Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

    Digər gəncin axtarışları davam etdirilir.

    Pirşağıda 8 dost dənizə girdi, iki nəfər boğuldu– FOTOLARPirşağıda 8 dost dənizə girdi, iki nəfər boğuldu– FOTOLARPirşağıda 8 dost dənizə girdi, iki nəfər boğuldu– FOTOLAR