Pilotdan gözlənilməz qərar: Helikopter avtomobil yoluna eniş etdi – VİDEO

    24

    Rusiyanın “Yamal” şirkətinə məxsus helikopter güclü qar fırtınası səbəbindən avtomobil yoluna təcili eniş edib.

    “Sever-Press” nəşri hadisə yerindən çəkilmiş görüntüləri paylaşıb.

    “Pilotlar superdir, birbaşa yola endilər. Dayanmışıq, külək əsir, heç nə görünmür. Belə bir şey həyatımda ilk dəfədir”, – çəkiliş aparan hadisə şahidi bildirib.

    Qeyd edək ki, helikopter güclü külək səbəbindən bir neçə dəfə enişə cəhd edib. Hadisə zamanı xəsarət alan olmayıb./oxu.az/