PFL-in baş mühasibindən şok əməl: adam vurdu, 10 gün “yatacaq”

45

Dünən əksər xəbər portallarında Qaraçuxur qəsəbəsində baş verən hadisə ilə bağlı xəbər yayıldı. Belə ki, adı çəkilən qəsəbə ərazisində avtomobilin qarşısını kəsərək sürücünü vuran, təhqir edən şəxs haqqında Suraxanı rayon məhkəməsi qərar verib. 99-RZ-878 qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobili idarə edən 1981-ci il təvəllüdlü Suraxanı rayon sakini Xalid Cəfərov qarşısını kəsdiyi sürücünü vurduğuna və söydüyünə görə sənədləri toplanılaraq baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Dünən məhkəmənin qərarı ilə Xalid Cəfərov barəsində 10 gün müddətinə inzibati həbs qərarı verilib.
Deyə bilərsiz ki, bu cəzanın futbola nə dəxli? İş ondadı ki, PFL-in baş mühasibi oan Xalid bəy öz sahəsində tanınan mütəxəssisdi, “Praktiki mühasibatlıq” mövzusunda ödənişli təlimlər keçir, hətta ötən il “Mühasibat uçotu: Müxabirləşmələrin praktiki izahı” adlı kitabı çap olunub. Amma görünür, öz sahəsində mütəxəssis olmaq başqadı, yolda davranış qaydalarına riayət etmək başqa… \\Football-plus.az