PEYK ÇƏKİLİŞLƏRİ AŞKARA ÇIXDI! – Ukraynada Rusiya işğalı faktlarda

33

Hurriyyet.org xəbər verir ki, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Ukrayna Xüsusi Nəzarət Missiyası Ukraynada Rusiya ordusunun olduğunu göstərən yeni dəlillər aşkar edib.

Missiyanın hesabatında deyilir: “Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Ukrayna Xüsusi Nəzarət Missiyası Rusiya ordusunun Ukraynada mövcud olduğunu göstərən yeni dəlillər aşkar edib. 10 mart günü bir mini PUA (Pilotsuz Uçuş Aparatı) təmas xəttindən 13 km cənubdakı Luqansk şəhərindəki bir məntəqədə Rusiyaya məxsus RB-636 Svet-KU, RB-341V Leer-3 və R-934B Sinitsa modelli 3 ədəd Elektron Döyeş Silahı aşkar edib. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Ukrayna Xüsusi Nəzarət Missiyası bu vəziyyəti yeni bildirib. 16 mart tarixli bu hesabatda Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına məxsus bir mini PUA-nın hökumət tərəfindən nəzarət edilə bilməyən Luqans bölgəsindən 9 km məsafədə yerləşən Yujnaya Lomovatka yaxınlığında ruslara məxsus “Tirana-2” və R-330Zh “Jitel” adlı elektron hərb silahı aşkar elədiyi bildirilib.

Rusiyanın Ukraynaya qarşı davam edən işğalçı mövqeyi və Donetsk ilə Luqanskdakı terrorçu qrupları dəstəkləməsi beynəlxalq sülh və təhlükəsizlik qaydalarının aşkar şəkildə pozulmasıdır və Təhlükəsizlik Şurası Qərarının 3314 saylı qərarının 3-cü maddəsinə görə işğalçı dövlət olaraq beynəlxalq məsuliyyət daşımasına səbəbdir”.

Hurriyyet.org