Peşmərgə komandiri: “PKK-nı 3 dəqiq ərzində məhv edə bilərik”

54

Huriyyet.org xəbər verir ki, PKK terror təşkilatının üzvlərinin İraqın Duhok şəhərində Peşmərgə qüvvələrini hədəfə alan hücumlarının ardından açıqlama verən Peşmərgə komandiri Şirvan Bərzani əmr veriləcyi təqdirdə PKK terror təşkilatını 3 dəqiqə ərzində məhv edə biləcəklərini söyləyib.

PKK üzvlərinin İraqın Duhok şəhərinə hücumu nəticəsində 1 Peşmərgə üzvü ölmüş, 3-ü isə yaralanmışdı. Bir müddət sonra ikinci dəfə hücum edən PKK İraq Kürd Regional İdarəsinin neft və qaz mədənlərinin təhlükəsizliyinə cavabdeh polisi hədəfə alıb.

“Qırmızı xətti keçdilər”

Şimali İraq Regional Kürd İdarəsi hücumu sərt şəkildə pisləyərək, bunu “qırmızı xəttin keçilməsi” adlandırıb.