Peskov Türkiyə parlamentinin Azərbaycanla bağlı qərarından danışıb

237

Hurriyyet.org xəbər verir ki, Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov Azərbaycana hərbçi göndərilməsini nəzərdə tutan sənədin Türkiyə Böyük Millət Məclisinə göndərilməsi ilə bağlı açıqlamasında bu addımın Türkiyənin öz daxili prosedurası olduğunu söyləyib.

Bəlli olduğu kimi, Türkiyə Prezidenti R.T.Ərdoğan türk hərbçilərin Azərbaycana göndərilməsi ilə bağlı qanun layihəsini təqdiqlənməsi üçün parlamentə göndərib.

Peskov deyib: “Azərbaycan ərazisində monitorinq mərkəzi yaradılacaq. Oradaya türk hərbçiləri göndərilməlidir.  Bunun üçün də Türkiyə qanunları ilə nəzərdə tutulan daxili proseduralar yerinə yetirilməlidir”.