Peskov: “Sülhməramlıları yalnız hər iki tərəfin razı olduğu təqdirdə yerləşdirmək olar”

36

Hurriyyet.org xəbər verir ki, Rusiya Prezidenti Dmitri Peskov Dağlıq Qarabağ münaqişəsi zonasına Rusiyanın sülhməramlılarının yerləşdirilməsinin mümkünlüyü barəsində sualın cavabında deyib: “Qarabağa sülhməramlıların yerləşdirilməsi yalnız hər iki tərəfin razılıq verəcəyi təqdirdə mümkündür”.

Azərbaycanın razılıq verəcəyi təqdirdə Rusiyanın münaqişə zonasına sülhməramlıları göndərməyə hazır olub-olmadığı sualın cavabında Peskov deyib: “İndi mən hər hansı evantual mülahizələr irəli sürmək istəməzdim”.