Peskov Putinin istefa verəcəyi xəbərinin “cəfəngiyyat” olduğunu bildirdi

78

Hurriyyet.org xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov İngiltərə və dünya mətbuatında Rusiya Prezidenti Vladimir Putinin guya xəstə olduğu üçün vəzifəsindən istefa verəcəyi barəsindəki xəbərlər barəsində açıqlama verərək, bu informasiyanın həqiqətə uyğun olmadığını söyləyib. Peskov Putinin tam sağlam olduğunu və bu xəbərlərin sayıqlama olduğunu deyib: “Bilirsiniz, burada açıqlama veriləsi bir şey yoxdur. Başdan-ayağa cəfəngiyyatdır. Prezidentin vəziyyəti çox yaxşıdır. Prezident istefa verməyəcək”.

Xəbər verdiyimiz kimi, İngiltərə mediası Rusiya Prezidenti Vladimir Putinin Parkinson xəstəliyinə mübtəla olduğu və yanvar ayında vəzifəsini tərk edəcəyi iddiasını irəli sürüb (https://www.hurriyyet.org/xeber/ingiltərə-mətbuatindan-iddia-putin-yanvar-ayinda-istefa-verəcək/).