Peskov: “Azərbaycan diasporunun Narışkin ilə əlaqələri barəsində söhbətlər Putini maraqlandırmır”

297

Hurriyyet.org xəbər verir ki, Kremlin Mətbuat katibi Dmitri Peskov RF Prezidenti Vladimir Putinin ölkənin Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin guya Azərbaycan diasporu ilə əlaqələrinin olması barəsindəki informasiya ilə maraqlanmadığını bildirib.

Bundan əvvəl “Layihə” nəşri Sergey Narışkinin Qarabağdakı Vətən müharibəsi zamanı guya Moskvada Azərbaycanın Baş nazirinin müavini Yaqub Eyyubovun qohumu ilə görüşdüyünü iddia eləmişdi. Həmçinin, Narışkinin Azərbaycanda doğulmuş biznesmen Qod Nisanovla sıx əlaqə saxladığı, Narışkinin qızının isə Azərbaycan Prezidentinin qızı Leyla Əliyeva ilə dostluq elədiyi iddia edilib.

Peskov jurnalistlərin Putinin bu məsələyə münasibəti barəsində sualına cavab verərkən deyib: “Bu məsələ prezidenti maraqlandırmayıb”. O, ümumiyyətlə, bu məsələnin müzakirə edilmədiyini söyləyib.