“Peşə liseylərində oxuyan gənclərimiz epidemiya zamanı tükənməz enerjiləri ilə xalqın yardımına tələsir” – ALTUN

36

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun peşə liseyində oxuyan gənclərin fəaliyyətləri ilə bağlı video paylaşıb.

Altunun “Twitter” səhifəsində paylaşdığı videoda “Türkiyə bütün gücüylə Kovid-19 ilə mübarizə apararkən hünərli əllər də iş başındadır. Türkiyənin gəncləri istehsal edir, Türkiyə qorunur. Peşə liseylərində oxuyan gənclərimiz epidemiyaya qarşı mübarizəmizə dəstək verərək maska, kombinezon, dezinfeksiya vasitələri və sipər istehsal edir. Gənclər artıq indidən ölkələrinə sahib çıxır, əmanətin sahibi olduqlarını sübut edir. Əziz gənclər, Türkiyə sizinlə qürur duyur.”, – deyilir.

Fəxrəddin Altun “Twitter” səhifəsində etdiyi şərhdə, “Peşə liseyində oxuyan gənclərimiz epidemiya zamanı öz tükənməz enerjiləri ilə xalqın yardımına tələsir. Türkiyənin yaradıcı gəncliyi ölkəsinə sahib çıxaraq maska, kombinezon, dezinfeksiya məhsulları və sipər istehsal etməyə davam edir. Əziz gənclər, Türkiyə sizinlə qürur duyur”, – deyə bildirib.

Hurriyyet.org