Perunun Azərbaycana yeni səfiri təyin edildi

    18

    Peru hökuməti Mariya Kastanyon Seoanı Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri elan edib.

    Hurriyyet.org xəbər verir ki, bununla bağlı müvafiq sənədi Peru Prezidenti Martin Alberto Viskarra Kornexo və xarici işlər naziri Nestor Popolisio imzalayıb.

    Qeyd edək ki, Perunun Azərbaycandakı səfirliyi 2017-cu ilin iyunundan fəaliyyətə başlayıb.

    İki ölkə arasında diplomatik münasibətlər 1996-cı ildə qurulub./trend/