Pentaqondan ŞOK açıqlamalar – Trampın qətliam törətdiyini etiraf etdilər: 500 NƏFƏR DİNC SAKİN…

    6

    Məscidə, qadın və uşaqlara hücum edən ölkə

    Hurriyyet.org xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi olan Pentaqon Amerika prezidenti Donald Trampın keçirdiyi hərbi əməliyyatlar zamanı 500 nəfərə yaxın dinc vətəndaşın həlak olduğunu açıqlayıb.

    Pentaqonun hesabatına görə, 2017-ci ildə Amerikanın dünya miqyasındakı əməliyyatlarında 499 nəfər dinc sakin həlak olub, 169 nəfər mülki vətəndaş isə yaralanıb.

    Dinc vətəndaşların itkisi ilə bağlı Pentaqonun məlumatları ilə müstəqil mənbələrin məlumatları arasında ciddi fərq var diqqəti çəkib.

    Pentaqonun illik olaraq Amerika konqresinə təqdim elədiyi və Amerikanın okeanın o tayında apardığı məliyyatlardakı dinc insan itkiləri ilə bağlı hesabatın detalları bəlli olub. ABŞ prezidenti Donald Trampın prezident kürsüsündəki ilk ili ilə bağlı məlumatların verildiyi hesabatda deyilir: “Okeanın o tayında aparılan əməliyyatlarda 499 nəfər dinc sakin öldürülüb, 169 nəfər dinc vətəndaş isə yaralanıb”. Hesabatda İraq və Suriyada İŞİD-ə, Yəməndə, Ərəb yarımadasında “Əl Qaidə”yə, Əfqanıstanda isə “Taliban” və İŞİD-ə qarşı aparılan əməliyyatların araşdırıldığı bildirilir, Yəmən və Somalidəki hücumlar zamanı dinc insanların qurban getdikləri barəsində xəbərlərin “etibarlı” hesab edilmədiyi qeyd edilir.

    Hesabatda, əlavə olaraq, 450 nəfərdən artıq dinc sakinin ölümü ilə bağlı araşdırmanın davam elədiyi bildirilir.

    Rəqəmlərdə ziddiyyət

    Digər tərəfdən də Pentaqonun dinc vətəndaşların həlak olması ilə bağlı hazırladığı hesabatların qeyri-hökumət təşkilatlarının və ABŞ-ın lideri olduğu koalisiyanın müvafiq rəqəmləri ilə üst-üstə düşməməsi də suallar doğurub.

    Xüsusilə də müstəqil mənbələri ilə ABŞ-ın açıqladığı rəqəmlər arasındakı fərqin çox böyük olması, Amerikanın dinc vətəndaşların ölümü ilə bağlı rəqəmləri kiçiltdiyi barədə rəylərin yaranmasına səbəb olur. ABŞ-ın lideri olduğu koalisiya Suriya və İraqda 2017-ci ilin fevralı ilə 2018-ci ilin fevralı arasında keçən müddət ərzində dinc insan itkisinin 640 nəfər olduğunu bildirir. Bu isə Pentaqonun göstərdiyi 499 nəfər rəqəmindən xeyli böyükdür. Koalisiya axırıncı dəfə dünən aprelin 2018-ci ilin aprelinə qədər aparılan əməliyyatlar nəticəsində həlak olan dinc insanların sayının 892 nəfərə çatdığını bildirib.

    Yerli mənbələrin yazdığına görə, Suriya və İraqda dinc vətəndaş itkiləri ilə bağlı məlumatları araşdıran "Airwars" adlanan internet saytı 2017-ci ili ABŞ-ın “ən qanlı əməliyyat ili” adlandırıb. 2016-cı illə müqayisədə dinc vətəndaşların öldürülməsinin 200 faiz artdığını bildirən hesabatda 2017-ci ildə İraq və Suriyada 3 923 – 6 102 nəfər arasında dinc insanın həlak olduğu qeyd edilmişdi.

    Ötən il Amerika Suriyada, Hələbin Cina kəndində bir məscidə havadan hücum eləmiş, aralarında qadın və uşaqların da olduğu 58 nəfəri qətlə yetirmişdi.

    Yenə də Amerika təyyarələrinin Mosulun qərb hissəsində bir İŞİD snayperini hədəfə almaq üçün raket atdığı bir binada 230 nəfər insan həlak olmuşdu. Trampın vəzifə başına keçməsindən qısa müddət sonra Yəməndə “Əl Qaidə”yə məxsus olduğu iddia edilən bir binaya hücum edən ABŞ xüsusi təyinatlıları 30 nəfərdən artıq dinc sakitinin qətlinə imza atmışdılar.

    Hurriyyet.org