Pentaqondan Rusiyaya xəbərdarlıq: Bu, təhlükəlidir!

54

Rusiya hərbçilərinin Suriyada ABŞ qoşunlarına qarşı hərəkətləri təhlükəli və qəbuledilməzdir.

Axar.az xəbər verir ki, bunu Pentaqon sözçüsü Conatan Hoffman deyib.

“Məsələ ilə bağlı Rusiya tərəfini xəbərdarlıq etmişik. Təxribat xarakterli hərəkətlər nəticəsində ABŞ hərbçiləri yaralanıb. Əgər əsgərlərin təhlükəsizliyinə problem yaranarsa, özlərini müdafiə etmək hüququna sahibdirlər”, – C.Hoffman bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Suriyada ABŞ və Rusiya hərbi maşınları toqquşub. Nəticədə 4 ABŞ hərbçisi yaralanıb.