Pentaqon şəhər içi döyüşlərdə mübarizə qabiliyyətlərini artırmağın yollarını axtarır

321

Bu barədə Pentaqonun məruzəsində deyilir. ABŞ Müdafiə Nazirliyi, “sıx məskunlaşmış ərazilərdə və ya şəhərlərdə fəal döyüşlərin aparılması”, eləcə də “girişin qadağan edildiyi və manevrin məhdud olduğu ərazilərdə” döyüş şəraitinə hazırlaşma imkanlarını araşdırmaq istəyir.

Sənəddə deyilir: “Birləşmiş silahlı qüvvələrin bu cür şəraitdə başarılı olmasını təmin etmək üçün bu mühitdə üstünlüyə ehtiyac var, lakin bu başarını daim qorumaq çətindir”.

Bu səbəbdən Pentaqon, xüsusilə şəhərdəki birliklərinin döyüş taktikasını mükəmmələşdirmək üzərində işləmək istəyir. Hərbçilər təcrübə qazanmaq üçün keçiriləcək təlimlər zamanı əməliyyatlar aparmaq məcburiyyətində qalacaqlar, eyni zamanda düşmən “müəyyən uğurların həyata keçirilməsinə mane olacaq”, yəni təlim tam qarşıdurmaların getdiyi döyüş kimi aparılacaq.

Sentyabr ayında Pentaqon Çinin üç hərbi sahədə üstünlüyünü qəbul etdi: yerüstü qanadlı və ballistik raketlər, inteqrasiya edilmiş hava hücumundan müdafiə sistemləri və döyüş gəmilərinin inşasının sürətinə, donanmadakı gəmilərin sayına görə.

Tərcümə etdi: Ülviyyə Şükürova