Pentaqon rəhbəri İsrailin Yaxın Şərqdəki üstünlüyünü qoruyacaqlarına söz verib

66

ABŞ Müdafiə naziri Mark Esper İsrailin Yaxın Şərqdə üstünlüyünü qoruyacaqlarına dair həmin ölkənin rəsmilərinə söz verdiklərini açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla Pentaqon rəsmisi “F-35” qırıcılarının Birləşmiş Ərəb Əmirlikərinə satılması ilə əlaqədar rəsmi Tel-Əvivi sakitləşdirməyə çalışıb.

“Bzim münasibətlərimizin əsas məhək daşlarından biri də İsrilain bölgədə keyfiyyətli hərbi üstünlüyünü saxlanmasından ibarətdir. Birləşmiş Ştatlar və onun Müdafiə nazirliyi də bu imperativə sadiqdir”,-deyə Mark Esper israilli həmkarı Benni Qantsla birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

Benni Qants isə ABŞ-İsrail münasibətlərini bölgədə sabitliyin təminatçısı adlandırıb. “Mən həmişə demişəm ki, bizim başqa İsrailimiz olmadığı kmii, başqa ABŞ-ımız da yoxdur”,-deyə o söyləyib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp İsrailin etirazlarına rəğmən qırıcı təyyarələrin BƏƏ-yə satılmasında heç bir problem görmədiyini açıqlamışdı. İsrail isə rəsmi Vaşinqtonun İordaniya, Misir və BƏƏ kimi ölkələrlə silah bazarını genişləndirməsindən narahatdır.

İki ölkə arasında 1960-cı illərdən bu yana İsrailin bölgədə hərbi silahla bağlı dominant mövqeyinin qorunması ilə bağlı razılıq var.