“PƏLƏNG PƏNCƏSİ” ƏMƏLİYYATI – Türk hərbçilər 500-dən artıq hədəfi məhv etdilər

204

Hurriyyet.org xəbər verir ki, Türkiyənin İraqın şimalındakı Haftanin rayonunda yuva salmış PKK terrorçularına qarşı apardığı “Pençe-Kaplan” (Pələng Pəncəsi)əməliyyatının ilk 36 saatı ərzində terror təşkilatına məxsus 500-dən artıq hədəf məhv edilib. Türkiyə hərbçiləri terrorçulara top, Fırtına haubitsaları, Silahlı Pilotsuz Uçuş Aparatları, reaktiv yaylım atəşləri sistemi və F-16-lar vasitəsilə hücum ediblər.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar əməliyyatla bağlı açıqlamasında deyib: “Pençe-Kaplan əməliyyatını da uğurla tamamlayaraq, komandanlığın, Quru Qüvvələrimizin, Türkiyə Silahlı Qüvvələrinin tarixinə yeni bir qızıl səhifə yazacağıq”.

Hurriyyet.org