Pekin bazarında koronavirus ocağı aşkarlandı – Hakimiyyət ətraf rayonları bağladı

78

Pekin hakimiyyəti şəhərin topdansatış bazarlarından birində koronavirus ocağının aşkarlanmasından sonra virusun yayılması üçün çox böyük risk olduğunu açıqlayıb.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, şəhər hökumətinin mətbuat ximətinin rəhbəri Syuy Hetzyan bu haqda bildirib.

O, qeyd edib ki, hakimiyyət çox qətiyyətli və sərt tədbirlər görəcək, bazarda və ətraf rayonlarda epidemioloji vəziyyəti araşdıracaq, virusun mənbəyini aşkara çıxaracaq. O cümlədən yoluxma ocağında və qonşu rayonlarda hər kəsi testdən keçirəcək.

Ötən gün iyunun 14-də Pekin hakimiyyəti şəhərdə 77 minə yaxın adamı koronavirus testindən keçirib, 59 nəfərin nəticəsi müsbət olub. Lakin bu gün iyunun 15-də açıqlanıb ki, ötən gün şəhərdə 42 yoluxma halı qeydə alınıb. Onlardan 36-da klinik əlamətlər müşahidə olunur. Hazırda Pekin xəstəxanalarında 79 nəfər virusdan müalicə alır.

İyunun 11-nə qədər Pekində 56 gün ərzində bir dənə də olsun yoluxma halı qeydə alınmamışdı. Həmin şəhərin “Sinfadi” adlı bazarında yoluxma ocağı aşkarlanıb. Nəticədə bazarın ətrafındakı 11 yaşayış kompleksinin bütün sakinləri testdən keçirilib, onlara evlərindən çıxmaq qadağan olunub. Sakinlər özünütəcrid rejiminə əmək etməyə məcbur edilib. Bütün məktəblər və uşaq bağçaları bağlanıb, bazar özü isə iyunun 14-də bağlanıb. Bazar administratoru bildirib ki, virus lasos balığının doğrandığı lövhədə aşkarlanıb. Virusa bulaşmış balıq bazara dəniz məhsulları satılan Tszinşen bazarından daxil olub. Orada daha əvvəl yoluxma ocağı aşkarlanmışdı.