Paytaxtın bu küçəsində hərəkət məhdudlaşdırılacaq

45

Aparılan təmir işləri ilə əlaqədar İstiqlaliyyət küçəsi ilə BMT-nin 50 illiyi küçəsinin kəsişməsində bu gün avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, buna görə də, sürücülərdən alternativ olaraq Lermontov və Bünyad Sərdarov küçələrindən istifadə etmələri xahiş olunur.