Paytaxtda zəncirvari qəza: 7 avtomobil toqquşdu

165

Bakıda zəncirvari qəza olub.
Qəza paytaxtın Heydər Əliyev prospektində, keçmiş “Komsomol” dairəsinin yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan 7 avtomobil toqquşub. Xəsarət alan olmasa da nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Bir müddət yolda tıxac yaranıb, əraziyə yol polisi əməkdaşları cəlb olunub.
Hadisənin baş vermə səbəbləri araşdırılır. \\Modern.az