Paytaxtda sərnişin avtobusu yanıb

120

Bakıda sərnişin avtobusunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, Binəqədi rayonunda “Otoyol” markalı sərnişin avtobusunun yanar hissələri yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.