Paytaxtda ölümlə nəticələnən qəza

246

Avtomobil qadını vuraraq öldürüb

Bakıda piyada qadını avtomobil vurub. Hadisə səhər saatlarında “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 65-70 yaş aralığında qadını qarşıdan gələn minik avtomobili vurub. Hələ ki, şəxsiyyəti dəqiqləşdirilməyən qadın ağır xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.  Faktla bağlı Rayon Polis İdarəsi Tərəfindən araşdırma aparılır.