Paytaxtda iki nəfər bıçaqlanıb

186

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisələri qeydə alınıb. Hadisə Ramana qəsəbəsində baş verib.

Yeni yaşayış sahəsində 1997-ci il təvəllüdlü Sultanov Mirzə Səfa oğlu tanışı ilə mübahisə zamanı bıçaqlanıb. 1984-cü il təvəllüdlü Məhərrəmov Fərid Məhərrəm oğlu da bıçaqlanıb.

Yaralılar 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.