Paytaxt gənclərinə və idmançılarına çağırış

13

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi paytaxt gənclərinə və idmançılarına çağırış edib.

Baş İdarədən “Report”a verilən məlumata görə, ordumuza dəstək məqsədilə hamı “Üç rəngli bayrağımızı dalğalandıraq” şüarı ilə aksiyaya qoşulmağa dəvət edilib.

“Yaşadığımız ünvanda, şəxsi nəqliyyat vasitələrində, iş yerlərində bayrağımızı dalğalandıraq. Gənclərimiz və idmançılarımız Ali Baş Komandanımızın tarixi şüarına qoşulurlar: Qarabağ Azərbaycandır!” deyə müraciətdə vurğulanıb.