Pasportsuz səyahət dövrü başlayır – YENİLİK

    24

    Təyyarə ilə xaricə səyahət edən insanlar qeydiyyat vaxtı pasportunu göstərmək və biletini yalnız bundan sonra almaq məcburiyyətində idilər.
    Tətbiq olunan yeni sistem bu məcburiyyəti aradan qaldıracaq. Avstraliyanın "Qantas” hava yolları şirkəti pasportsuz qeydiyyat üçün ilk sınaqlara başlayıb. Sərnişinlərin pasportsuz qeydiyyat üçün biometrik kimliyi tətbiq olunacaq.
    Hava nəqliyyatı ilə səyahət zamanı təhlükəsizlik yoxlanışından keçdikdən sonra qeydiyyat prosesi çox zaman yorucu ola bilir. Sidney aeroportundan səyahət edən "Qantas” sərnişinləri isə üz tanıma texnologiyasının köməyi ilə səyahət edən ilk sərnişinlər olacaqlar. "Qantas” sərnişinlərinin pasportdan istifadəsinə ehtiyac olmayacaq.
    Sidney aeroportu rəsmisi Qof Kulbert biometrik sistemin istifadəsi ilə artıq yeni pasportun sərnişinlərin öz üzü olduğunu deyib. \\Sfera.az

    Hurriyyet.org