PAŞİNYANIN QULAĞININ KƏSİLMƏSİ… – Və yaxud it kimi hürməklə iş bitməz, Nikol!

114

Düşmən müharibəni uduzdu. Başqa imkan da yox idi. “BOŞ” nazir Nikol hələ yollar arayır, məktublar yazır, Rusiyadan və Qərbdən imdad diləyir. Bütün manevr axtarış və imkanları puça çıxan Ermənistan hökumətinin döydüyü qapılardan, üz tutduğu ünvanlardan əliboş geri qaytarılması açıq-aydın göstərir ki, beynəlxalq hüquqda ağır dövləti cinayət hadisəsi hesab edilən yaşayış massivinin bombardıman edilərək günahsız mülki əhalinin öldürülməsi faktı sıradan hadisə anlamına gəlmədiyindən, burada hər hansı güzəştdən söhbət gedə bilməz.

Bitib hər şey “qonşu”, bizim gözəl atalar məsəlimiz var. Deyilir ki, lələ köçüb, yurdu qalıb. Daha sənin göz yaşlarına inanmırlar. Zəhərini püsgürmə Qarabağımın çöllərinə!!! O murdar ayaqlarını götür XARI BÜLBÜLÜMÜN şirin-şəkər, bal dadan çöhrəsindən!!! Qanmaz və fərasətsiz erməni, sən xain və alçaqsan!!! Allahın rəhmi, səxavəti sənin boyunda və idrakında deyil.

Bir az da döz, dünyanın gözəlliklərini yox, ancaq pisliklərini görən gözlərinin giləsinə soxacam savaşı uduzduğunun səbəblərini… Alışıb yanacaqsan, sonra ipini buraxan tək yenə həmin həyasız adam qismində başlayacaqsan alaqarğa kimi qırıldatmağa.

Amma əsl gerçək budur ki, Paşinyan xalqını atdı odun ağzına. Özü də bilə-bilə!!! Gələcəkdə xatırlanmaq üçün. “BOŞ” nazirin parça-tikə olmuş “arzuları” şar kimi partlayıb, heçliyə qovuşdu. Haqqı, ədaləti axı sonsuzluğa qədər yemək olmazdı. Bunu Paşinyan kimi düdük anlamaz.

QARABAĞ BİZİMDİR. QARABAĞ AZƏRBAYCANDIR! NİDA! Tanrımın qismətidir. Hisslərimin və duyğularımın canı, ürəyidir. Bir hissəsi ata yurdum İRƏVANDA, digər bir payı isə çox sevdiyim qədim QARABAĞDA qalıb… Qarabağımın dağlarını, meşələrini, bulaqlarını, laləzər çəmənliklərini doyunca gəzib, təmiz havasını doyunca içimə alacam. Ciyərlərimi atəşə saran odu-alovu həmişəlik söndürəcəyəm. Bəs, İrəvanı, Göyçəni, Ağbabanı, Zəngəzuru bir də gəzmək, sərin kəhrizlərindən içib toxtaya biləcəyəmmi!? Gəlin Qarabağda hərəyə bir çiçək ağacı əkək, dağlarımızdan, dərələrimizdən, obalarımızdan bu yadların iyrənc qoxusunu kəsək. Lakin qanmaz üçün xeyri yoxdur. O bərəkətli torpaqlarda işğalçı otura bilməzdi… Erməni faşizmi elə zənn edirdi ki, onu yıxmaq mümkün deyil artıq. Bir ayın ərzində Azərbaycan Ordusu ona sübut etdi ki, müharibəni necə aparıb və necə qalib çıxmaq olar.

Erməni ilə eyni yolu bərabər getmək olmaz. Sonda xəyanət hazırdır. Bu sənin fəlakətin deməkdir. Amma biz nə etdik?! Əfi ilanı qanadlarımızın altına alıb bəslədik. Yedizdirib-içizdirirdik. Vəzifələrin dadlısını, yaxşısını da onlara verərdik. Azərbaycanlılar kirayələrdə əziyyət, müsibət çəkirdilər, ancaq evsiz-eşiksiz erməniyə rast gələ bilməzdik. Biz yenə də onlara doğru gedərək xalqların və millətlərin dostluq və qardaşlıq ideyalarına sonsuz sədaqətimizi nümayiş etdirərdik. Nəyahət, şişirdə-şişərdə gətirib çıxardıq başımızın üstünə.

Erməni həmişə özünü və millətini bütün millətlərin fövqündə görüb. Nə zəngin bir tarixi keçmişə, nə bəşəriyyətə nümunə olacaq hansısa yüksək mədəni irsə, nə də qüdrətli və güclü bir dövlətə sahib idi. Nəyə görə, hansı xüsusi keyfiyyətlər səbəbindən bu millətə belə münasibət olub!? Sualın bircə kəlməlik cavabı var:”Etiraf edək ki, biz millətin də tərifdən, yaltaqlıqdan (arxasını gətirmirəm) xoşu gəlir.

Tayfa təfəkkürlü bu toplumda dürüstlük, səmimilik, yüksək insani keyfiyyətlər axtarmaq əbəsdir. Erməniliyin həm də yeganə bir üstünlüyü var ki, onu da hökmən deməliyəm. Erməni qadınlarından istifadə məsələsi demək olar ki, hər işdə yarıyır. Siyasi sahələr də daxil. Çətinə düşən kimi potensial işə düşür və burada məğlubiyyət nadir hallarda baş verir. Buna dair rus çarı Birinci Pyotrun, Karl Marksın, Engelsin, Puşkinin və başqa dünya nəhənglərindən iqtibaslar gətirə bilərəm. Bax belə!

Yer üzündə həm də nadir millətdir ki, nə yurdu, nə torpağı olub. Lakin uydurma tarixlə, yalan və saxta təbligatla təəssüf ki, dünya birliyində özünə yer tuta bilib. Sanki “toxunulmaz” millətdir. Ona dəyib-dolaşmaq olmaz. Vaxtilə Andranikin qulağını kəsdik. Bu gün isə İlham Əliyev yekəbaş və özündənrazı, sözün əsl mənasında erməni alaqanmazı kimi tanınan məşhuri-cahan Nikolun qulaqlarının ikisini də dibindən üzüb atdı zibilxanaya… Ona layiq olduğu yer göstərdi. Tarixin dərsini aldı və yəqin bu dərsi yadından çıxarmayacaq.

Süfrəmizdə oturtduq, yaşamaq üçün yer verdik. Sonra “bura mənim dədə-baba torpağımdır” – dedi. Qədim yurd yerimiz Qarabağımızda koma verdik, yenə üstümüzə yeriyib “bura da mənimdi” – dedi.

Dövləti və torpağı olmayan erməni üçün hara gəldi “vətəndir”. O, torpaqsız, vətənsiz, tarixsiz bir millətdir. XlX əsrdə İran və Suriyadan, Livandan köçürülən ermənilər əsasən Azərbaycanın ərazilərində, çox hissəsi Qarabağda yerləşdirildilər. İndi də başımıza əngəl-kələf olublar.1948-53-cü illərdə Qərbi Azərbaycandan deportasiya olunan türklərin yaşadıqları ərazilərdə də xarici ermənilər məskunlaşdırıldılar.

Bir qədər də düşmən ordusunu tənəzzülə uğradan proseslərin üzərinə “işıq”salaq, görək buralarda nələr var… Ermənilər bir qayda olaraq öz orduları barədə mif yaradıblar. Lakin müasir ölkələrlə müqayisədə Ermənistanın yeri və əhəmiyyəti yox dərəcəsindədir. Birinci Qarabağ savaşında Azərbaycanın müvəqqəti məğlubiyyəti Rusiyanın işğalçı siyasətinə bağlı məsələdir. Qarabağı rus ordusu alıb, erməniyə verdi.

Erməni əsgərinə gəldikdə isə, deyə bilərəm ki, onun döyüş təcrübəsinin zəifliyi, müasir silahları idarə edə bilməməsi, zabit heyətinin hərbi bilik səviyyəsinin aşağı olması, orduda tüğyan edən intizamsızlıq halları və bu kimi problemlər dərin kök salmışdır ki, bu da şəxsi heyətdə psixoloji, depressiv vəziyyəti gərgin həddə çatmasında öz rolunu oynamışdır. Düşmən özünə və havadarına çox arxayın idi. İndi əsgərləri döyüşdən imtina edir…

Ermənistan hökumətinin sarsaq və ağılsız siyasəti ölkəni artıq uçurum qarşısına gətirib. İşğal niyyətindən əl çəkib, problemin dinc vasitələrlə həlli əvəzinə, müharibəni uzatmaq fikrindədir. Gündə bir təkliflə müraciət edən Paşinyan silahlı qüvvələri, iqtisadiyyatı, sosial strukturları tamamilə sıradan çıxarıb. Silahı yerə atıb evə qayıdan əsgər ailədə aclığın hökm sürdüyünü görəndə dəhşətə gəlir.

Əcaba, necə olur ki, 30 il müddətində özünəgüvənən, güclənmək, ordu quruculuğunu irəli aparmaq, döyüş hazırlığına kifayət qədər vaxtı və zamanı olsa da, erməni döyüşçüləri tərpəşdikcə bataqlığa gömülürlər. “BOŞ” nazir Nikol Paşinyan nədənsə bu haqda danışmır. Hərbi-siyasi elita biabırçı hala düşüb. Silahlı qüvvələr hərbi kodekslərlə, nizamnamə və derektiv sənədlərlə yox, yüksək rütbəli zabit heyətinin maraq və istəklərinə uyğunlaşdırılaraq idarə olunur. Bu pəzəvənglər büdcənin talanı ilə məşğul olublar. Təsəvvür edin, keçən il Rusiyadan hədiyyə kimi verilən silahların bir qismi Suriya və Livanın ermənilərdən ibarət hərbi birləşmələrin silahlandırılması məqsədi ilə terrorçu ermənilərə satılmışdır. Bunun yalnız bir adı ola bilər. Həqiqətən, Ermənistanı qatı cinayətkar bir xunta rejimi idarə edir.

Müşahidələrə və hərbi-statistik nəticələrə əsaslanaraq deyə bilərik ki, erməni ordusunun “məğlubedilməzliyi” barədə yaradılmış əfsanə əslində bir illuziya imiş. Bu illər ərzində düşmənin hərbi texniki və hərbi infrastruktura sahələrində dərin kök salmış cinayətkar mühit, rüşvətxorluq, qeyri-döyüş hadisələri nəticəsində artan ölüm hadisələri ilə əlaqədar təsirli tədbirlər həyata keçirilmir. Keçmiş hakimiyyətlərin dövründən başlayaraq ta bu günə qədər erməni hərbiyyəsi əsl cinayətkar yuvasına çevrilmişdir.1994-cü il atəşkəs sazişindən üzü bəri 6579 hərbçi qeyri-döyüş şəraitində öldürürülmüşdür.

Erməni ordusunda vəziyyətin bu cür şəkil alması Robert Koçaryanın zamanından öz “müəlliflik” hüququnu qazanmışdır. Serj Sarkisyanın dövründə rüşvətxor mühit daha da çiçəklənmişdi. Heç bir hədd və məsuliyyət hissi tanımayan və yenə də Xocalı qətliamında daha çox günahsız insanın başını şəxsən kəsdiyinə görə prezidentlik stolunda oturan Sarkisyan orduya ayrılan büdcə vəsaitlərinin talanı ilə məşğul olmuşdu. Xatırıayırsınızsa, 2008-ci ilin avqust ayında İrəvanda hakimiyyətə qarşı xalq üsyanı baş verdi. 16 dinc etirazçı qətlə yetirildi. 100-lərlə adam ağır güllə yarası aldı. Xalq Sarkisyanın istefasını tələb edirdi. Lakin etiraz dalğası prezidentin yaxın dostu, bir çox cinayətləri bərabər törətmiş, sonradan məhz S. Sarkisyanın himayədarlığı ilə silahlı qüvvələrin baş qərargah rəisliyinə qədər yüksəldilmiş hazırkı general polkovnik Yuri Xaçaturovun döyüş zonasından çıxarılaraq İrəvana gətirilən hərbi birləşməsi sayəsində yatırılmışdır.

Ermənistanın “BOŞ” naziri bu dağılmış ordu ilə nə etmək istəyirdi!? Daha aydın olsun deyə sualımıza azca duruluq qataraq, gözü ayağının altını görməyən düşmənin işləkləklərini saf-çürük edək. Yəni nəyə görə belə tez müddətdə onun dizlərini sındırmaq bizə nəsib oldu!? Məsələnin mahiyyətinə dərindən vardıqca, çoxlu cinayəttərkibli əməllər və soyğunçuluqlar aşkara çıxır ki, erməni silahlı qüvvələrində baş verən əcaib, sonsuzluğa qədər uzunması mümkün olmayan hadisələr adamı dəhşətə gətirir.

Orduya ayrılmış büdcə vəsaitlərinin göyə sovrulması, əsgərin maddi və geyim təchizatı üçün nəzərdə tutulan milyonlarla pul Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən mənimsənilmişdir.

Hətta təsəvvür edin, kazarmalarda əsgərin yatacaqlarını, ayaqqabı və corab geyimlərini, alt paltarlarını küçə və bazarlarda satışa çıxarmaqla ordu rəhbərıliyi böyük maddi qazanclar əldə etmişdir.

Mən bunları göydən yazmıram. Ermənistanın məlumatlı mənbələrindən, bir hissəsini isə vaxtilə yaramaz və cinayətkar Nikol Paşinyanın baş redaktoru olduğu və indinin özündə SOROS FONDONUN vəsaitləri hesabına çap etdirdiyi “Haykakan Jamanak” qəzetindən götürmüşəm. Üç il əvvəl Ermənistanda keçirilən seçkilərdə namizədliyini irəli sürən Xocalı qatili, prezident Serj Sarkisyan cinayətləri həm öz üstündən götürmək, həm də xalqı qarşısında həqiqətpərəst lider göstərmək üçün sosial şəbəkələrdə paylaşmış və bu barədə “TERT.am” informasiya portalına verdiyi geniş müsahibəsində bildirmişdir. İndi sual edirəm: bu cür vəziyyətdə erməni faşistləri Azərbaycan ordusuna necə qalib gələ bilərdi!? İt kimi hürüməklə iş bitməz, Nikol!!!

 Eldar Sabiroğlu

Keçmiş millət vəkili və ehtiyatda olan polkovnik