Ermənistanın hakim “Mənim addımım” fraksiyasından daha bir deputat – Tiqran Karapetyan mandatından imtina edib.
Parlament üzvü bu barədə özünün sosial şəbəkədəki səhifəsində bildirib.
“Mən mandatımdan imtina barədə qərar qəbul etdim”, – deyə o feybukdakı səhifəsində yazıb.
“Bizdə güclü hərbi sənayenin olacağına inanmaqda davam edirəm və mənim həyatımın mənası bunda olacaq. Biz ümidimizi itirmək haqqına malik deyilik. Özümüzdə güc tapmalı və yaşamalıyıq”, – o qeyd edib.
Daha əvvəl bildirilib ki, “Mənim addımım” fraksiyasının üzvü Arqişti Mexakyan deputat mandatından imtina etmək niyyətindədir. Eyni zamanda deputat Qor Gevorkyan hakim fraksiyadan çıxdığını bildirib. \\Report