“Paşinyanın özünün özünə faydası yoxdur, bizə hansı zərəri vura bilər?!” – POLİTOLOQ

132

Təhlilçilərin fikrincə, Ermənistanda pandemiyanın tətiklədiyi iqtisadi-sosial problemlər dərinləşir, hökumət insanların gözləntilərini qarşılamadığına görə mövqeləri zəifləyir, cəbhədə baş verən uğursuzluqlar nəticəsində Paşinyanın reytinqi düşür, müxalifət partiyaları iqtidara qarşı birləşir, xarici siyasətdə kompas itirilib və s…

Görəsən, “dabanyalıyan”, “təlxək” kimi titullar alan Paşinyanı digəri Ermənistan rəhbərlərindən fərqləndirən xüsusi cəhəti varmı?…Sualımız həm siyasi, həm də liderlik baxımındandır.

Politoloq Nəzakət Məmmədova Hurriyyet.org-a açıqlamasında, Ermənistan kimi bir ölkənin normal bir rəhbərinin olmadığını,  hazırda da özünə layiq adamın onlara başçılıq etdiyini deyib:

“Deməzdim ki, Paşinyan tam fərqli siyasət yürüdür. Cəmiyyət olaraq, tamamilə Paşinyana yüklənməmiz də doğru deyil. Paşinyan kimdirki?!…Onun özünün özünə faydası yoxdur, bizə hansı zərəri vura bilər?! Paşinyan Ermənistan demək deyil. Dünya Erməniliyinin məkrli siyasət planlarında növbəti fiqurdur, hansını ki, istənilən an qurban verə bilərlər, habelə devirə, terror aktına məruz qoya bilərlər. Paşinyan Ermənistanda belə hakimiyyəti iki ildə tam şəkildə öz əlinə ala bilməyən uğursuz bir siyasətçidir. Bizdə bəzən belə təsəvvür yaranır ki, sanki, bütün fəlakətlərin səbəbkarı Paşinyandır. Mən, bununla razı deyiləm. Paşinyan da hər bir erməni kimi alçaq ermənidir. O da digər ermənilər kimi Azərbaycana nifrət edir. Lakin o, təsəvvür edilən kimi cümlə fəlakətlərə bais ən böyük iblis deyil. Ən böyük iblislər diaspora içərisində və Qarabağ klanının içərisində kök atıblar, Paşinyan isə diasporanın korrupsioner, Rusiyapərəst Qarabağ klanına əks qütbdə qoyduğu məzlum jurnalist keçmiş olan bir şəxsdir.  Ermənistanın başında kim olarsa, ən azı Paşinyanlıq edəcək. Yəni, təlxəklik edib, ucuz şou göstərəcək. Onun Ermənistan cəmiyyətinə təqdim erməyə bundan başqa heç nəyi olmayıb və olmayacaq da. Qarabağ klanı müharibədəki əclaflıqları ilə öyünərək erməni cəmiyyətini sakitləşdirib onilliklərlə ölkəni talamışdılar. Paşinyanda isə bunların heç biri yoxdur, ona görə də bu cür bəyanatlarla kifayətlənməli olurdu. Eyni zamanda, ən əsas məsələ ondan ibarətdir ki, Rusiya Ermənistan və Azərbaycan arasında balansı saxlamağa çalışırdı: Qarabağ de-yurye Azərbaycan, de-fakto Ermənistana məxsus olsun, vəziyyət belə davam etsin. Rusiyanın bu balans siyasəti isə diasporanın səbrini daşırdı. Onlar buna dözmək fikrində deyildilər, onların planına görə Qarabağ tamamilə Azərbaycandan qoparılıb Ermənistana verilməli idi. Rusiya isə buna yol vermirdi və status kvonu Qarabağ klanının əli ilə qoruyub-saxlayırdı. Diaspora Paşinyanı hakimiyyətə gətirməklə Rusiyanın planını pozaraq, Qarabağı Ermənistana birləşdirməyə cəhd etdi. Paşinyanın “Qarabağ Ermənistandır” şüarı da bunun təzahürü idi. Üstəlik, danışıqların formatını dəyişmək və Qarabağın erməni icmasını danışıqlara tərəf kimi daxil etmək də buna hesablanmışdı. Paşinyan regionda Rusiyanın yaratdığı status-kvonu dəyişmək üçün gətirilmiş adamdır. Ona görə də, problem dünya erməniliyinin bu məkrli planlarını birdəfəlik məhv etməkdir ki, Azərbaycan bunun öhdəsindən uğurla gəlir. Təcrübə də göstərir ki, Ermənistan kimi bir ölkənin normal bir rəhbəri olmayıb, özünə layiq adam onlara başçılıq edib və edir. Problem həm də Ermənistan dövlətinin mahiyyətində, xalqın düşüncə tərzindədir”.

YƏHYA