“Paşinyanın növbəti addımı qaçmaq olacaq”

66

Karen Şahnazarov: “Dağlıq Qarabağın da işğaldan azad edilməsi artıq bir neçə günün məsələsidir”

“Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi məsələsi mümkün deyil”. Bunu erməni əsilli rusiyalı kinorejissor Karen Şahnazarov deyib

 “Qarabağın öz müqəddəratını təyin etməsi Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanıdığı təqdirdə mümkün olacaq. Bu isə yalnız Ermənistan ordusu Bakıya daxil olduğu halda baş verə bilər. O da heç vaxt olmayacaq! Ermənilərin buna nə gücləri, nə də imkanları var. Odur ki, İrəvan, hər halda, kompromisə getməlidir və həmin kompromis çox ciddi olmalıdır”, – deyə o qeyd edib.

Şahnazarova görə, Qarabağ münaqişəsi Abxaziya və Cənubi Osetiyaya oxşamır.

 “Anlamaq lazımdır ki, Qarabağ Azərbaycan Respublikasının bütün dövlətlər, o cümlədən Ermənistanın özü tərəfindən rəsmi olaraq tanınan ərazisidir. Buna görə də Ermənistan rəhbərliyi bu məsələnin həlli uğrunda ən müxtəlif variantları nəzərdən keçirmək üçün özündə güc tapmalıdır”, – o əlavə edib.