Paşinyanın Moskva səfərinə etiraz: Aeroport yolunu bağladılar – (VİDEO)

348

Bu gün Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın Moskvaya səfərinin əlehinə etiraz aksiyası keçirir.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, onlar Paşinyanın Rusiya paytaxtına getməsinin qarşısını almaq üçün Zvartnots beynəlxalq hava limanına aparan yolu bağlayıblar.

Aktivistlər “Nikol xaindir” şüarını səsləndirirlər.

Ermənistan parlamenti sədrinin keçmiş müavini Arsen Babayan baş nazirin Moskvaya uçmasına icazə verməyəcəklərini bildirib.

“Paşinyan iki-üç saatdan sonra erməni torpaqlarını, Sünik bölgəsini satmaq niyyətindədir”,- deyə aktivistlərdən biri vurğulayıb.

Hadisə yerinə polis qüvvələri cəlb edilib. Hökumət başçısının kortejinin yolun bağlanmasından bir neçə dəqiqə əvvəl keçdiyi bildirilir.