PAŞİNYANIN KAPİTULYASİYA AKTINA İMZA ATMASI… – Eldar Sabiroğlu: “Bu, dövlətim, xalqım, ordum üçün möhtəşəm tarixi qələbədir”

696

İşğalçı Ermənistanın sentyabrın 27-də atəşkəs rejimini pozaraq cəbhə boyu hərbi mövqelərimizə, mülki əhalinin yaşayış massivlərinə iri çaplı silahlardan fasiləsiz atəşlərin yağdırılması xəbərinə əvvəlcə inanmadım. Sonra hökumətin rəsmi məlumatı erməni silahlı bölmələrinin bu vəhşi hücumunu təsdiqlədi və Ordumuz əks-hücuma keçdi. Beləliklə, İkinci Qarabağ müharibəsi başlandı və ilk gündəncə döyüş üstünlüyünü əldə edən Silahlı Qüvvələrimiz erməni faşizminin bel sütununu sındırdı.

Ancaq müharibə problemini daha dərin qatlara sürükləməkdə Rusiyanın məqsəd və planlarının nədən ibarət olduğunu qavramaq, bütün incəliklərinə qədər onları duymaq və qiymətləndirmək çətinliyi qarşısında fikirləşməli olurdum. Rusiya şahmat taxtasında oyununu məharətlə oynayırdı. Yaxud rusların geopolitik baxış və düşüncə tərzləri elə də bərkimiş sütunlar üzərində dayanmayıb ki, onun əsl sifətini görməyə biləsən!!! Lakin neyləməli ki, bu böyük güclə dünyanın qüdrətli dövlətləri bacara bilmirlər, o ki qaldı özünə təzə-təzə güc toplayan Azərbaycan bu müdhiş qüvvəyə dirsəyini nümayiş etdirsin.

“Böyük qardaşın” əzəli və əbədi siyasətinin nüvəsini mərhəmətdən, xalqlara, millətlərə, kiçik və yeni-yeni qanad açmağa başlayan dövlətlərə məhəbbətdən daha çox onları tabeçilik və basqıçı təsirlər altında saxlamaqdan aldıqları zövq və ləzzətli hiss və duyğular fikirləşdirir. Günümüzün reallığı belədir. Hesablaşmalıyıq!!!

Düşmənçiliyin ziyanını biz daha çox çəkərik… Qarşılıqlı şiddət obrazlı ifadə edərəmsə, ya şimal tülküsünə (ayısına) gündəlik “dovşan” ovuna, ya da bataqlıq sahələrində “siçovul” pusqusuna durub qabağına keçəni didməyə hazır dayanmasına fürsət vermiş olarıq. Müqayisənin məntqini müəyyən etmək məncə çətin olmaz… Ona siyasi qüdrətini yekəltmək imkanını qətiyyən vermək olmaz.

Nəhayət, Moskva bəyannəməsi silah səslərini kəsə bildi. Müharibədən məğlub ölkə kimi ayrılan və oktyabrın 10-da baş nazir Paşinyanın kapitulyasiya aktını imzayaraq Azərbaycana təslim olması dövlətim, xalqım, ordum üçün möhtəşəm tarixi qələbədir. İftixarımın, sevinc və xoşbəxt anlarımın hüdud-həddi dünən gecədən sərhəd tanımır.

Ermənilər çətin ki, Azərbaycan Silahlı Qüvvələrindən aldıqları ağır zərbənin sızıltısından, əzab və nisgilindən əziyyətlərindən haçansa qurtara bilsinlər. Halal-zülal torpağa, vahid dövlətə, mədəni və mənəvi irsə sahib olmadıqları halda özlərini inkişaf etmiş ölkələrin fövqündə görürlər. Bunlar millət olaraq xəstədirlər.

Kor olmuş gözləri də onun-bunun əlinə dikilib ki, nə vaxt bir tula payı tullayacaqlar qabaqlarına!!! Neçə dəfə İrəvanda ruhumun işığını kəsib məni qaranlıq dünyaya atmaq istəyiblər. Odur ki, bütövlükdə bu alçaq və yaramaz millətə sonsuz nifrətlərim var. Ali Baş Komandanın dəmir yumruqları onların təpəsinə dəydikcə illərin ağrı və əzablarını sanki unutmuş olurdum. Ermənilərə 200 ildə görmədikləri qara günləri Azərbaycan əsgəri bu 44 gün ərzində göstərdi. Azərbaycanla sonadək döyüşə bilmədilər. Təslim aktını imzalayıb, savaş meydanından qaçdılar.

Bu döyüşdə düşmən sadəcə susdurulmadı. Ali Baş Komandanımızın və qəhrəman ordumuzun qətiyyətli mübarizəsi 30 ilə yaxın müddətdə ilhaq altında olan torpaqlarımızı öz azadlığına qovuşdurdu. Bu münasibətlə xalqımı ürəkdən təbrik edirəm.

Təslim aktındakı 9 bənddən ibarət bəyanatı diqqətlə nəzərdən keçirdim. Sənəddə göstərilən motivlər Azərbaycanın hərbi-siyasi-ərazi maraqları ilə uzlaşır. Bəyanatda Naxçıvana Meğridən dəhlizin açılması ilə əlaqədar fikrin yer alması diqqətimi xüsusi olaraq cəlb etdi. Bu razılaşmanı qalib Azərbaycan dövlətinin misilsiz nailiyyəti kimi dəyərləndirərdim. Bununla yanaşı, bölğəyə Rusiya ilə birgə Türkiyə sülhməramlılarının gətirilməsi ideyasına da müsbət baxıram. Sənəddə Dağlıq Qarabağa hər hansı statusun veriləcəyi barədə bir kəlmə söz belə deyilmir. Bəyanata münasibətlərini bildirən bəzi insanlardan xahişim budur ki, orada göstərilən tezislərə izah verərkən tələsik nəticə və mövqe meydana qoymasınlar. Fikir çaşqınlığına yol açmasınlar…

Eldar SABİROĞLU