Paşinyanın istefasını tələb edən etirazçılar həbs olunub

159

Hurriyyet.org xəbər verir ki, İrəvanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar şəhərin iki prospektinin yolunu kəsiblər.

Baqramyan prospektində polis yolu təmizləməyə çalışaraq aksiya iştirakçılarını tutmağa başlayıb.

Parlament aparatının keçmiş rəhbəri Ara Saqatelyan, keçmiş deputat  Miqran Akopyan və digərləri polis şöbəsinə aparılıblar.

Tiqran Metsa prospektində də polis zor tətbiq edərək mitinq iştirakçılarını dağıtmağa çalışır. Onlarla etirazçı həbs olunub.