Paşinyanın həyat yoldaşı Moskvaya gedib?

240

Hurriyyet.org xəbər verir ki,  erməni mətbuatı Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan ilə böyük qızı Mariam Paşinyanın bu gün Rusiyaya səfər edəcəyi xəbərini yayıb.

Mediaport” nəşrinin yazdığına görə, onları 10 nəfərdən artıq silahlı mühafizəçi müşayiət edir.

Mətbuatda yayılan xəbərlərdə səfərin məqsədinin Rusiya vətəndaşlığı almaq olduğu iddia edilirdi. Ermənistan hökuməti bu xəbəri nə təsdiq, nə də təkzib edib.