Paşinyanın evindən şəxsi əşyaları oğurlanıb: Ermənistan can dərdində, Paşinyan piy axtarır

165

“Baş nazirin mənzillərindən bir kompüter, saat, ətir, sürücülük vəsiqəsi və digər əşyalar oğurlanıb. Bütün bunlar, əlbəttə ki, “Vətən naminə” baş verib”.

Ovqat.com xəbər verir ki, bu məlumatı Paşinyan öz sosial şəbəkə hesablarından paylaşıb.

Qeyd edək ki, Paşinyan məğlubiyyət bəyanatı verdikdən sonra ayağa qalxan ermənilər onun evini, kabinetini basmış və dağıtmışdılar. Öz sarsaq siyasətilə Ermənistanın belini qıran minlərlə əsgər ölümünə, hərbi texnikaların məhvinə səbəb olan Paşinyanın indi şəxsi əşya davası etməsi erməniləri daha da qızışdıra bilər.