“Paşinyanın dekabrın 1-nə kimi hakimiyyətdə qalması maraqlara uyğundur” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

363

“Azərbaycanın hüquq-mühafizə orqanları Arayik Arutunyanın həbsi ilə bağlı Xankəndində əməliyyat keçirməlidir”

“Azərbaycanda Türkiyə faktoru var. İki ölkə birgə siyasi konfiqurasiya qurur”. Hurriyyet.org xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Rusiyanın Qarabağda sülhmamlı qüvvələrinin olması həlledici olmayacaq: “Ümumiyyətlə, bu müharibədə Rusiya da bilavasitə işin içində olub. Ona görə də ərazi bütövlüyümüzün həlli dekabrın 1-nə kimi həll olunmalıdır. Bu vaxta qədər Nikol Paşinyanın hakimiyyətdə qalması maraqlara uyğundur. Bəyannmayə imza atıb. Bundan əlavə, Arayik Arutunyan beynəlxalq axtarışa verilib. Onun həbsi ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanları Xankəndində əməliyyat keçirməlidir. Onun həbsi labüddür”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org