Paşinyandan qisas alınacağı ehtimalı artır – Ata evinin yanında polis postu quruldu

    6

    Ermənistanın şimalındakı İcevanda (Tavuş vilayəti), ölkənin baş naziri Nikol Paşinyanın valideynlərinin yaşadıqları evin yaxınlığında polis postu qurulub.

    Hurriyyet.org virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Jamanak" qəzeti xəbər yayıb.

    “Sputnik Ermənistan” isə yazır ki, belə bir qərar ötən həftə İcevandakı iğtişaşlardan, bir neçə yüz vətəndaşın meşələrin kəsilməsinə və ağac ixracına icazə tələbi ilə Gürcüstana gedən dövlətlərarası yolu bağlamasından sonra verilib.

    Nəşrin yazdığına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ondan ehtiyat edirlər ki, hökumətdən narazı qalan İcevan sakinləri bunun qisasını baş nazirin valideynlərindən almaq fikrinə düşə bilərlər.