Paşinyandan ŞOK AÇIQLAMA: “Gəlin, Qarabağı qaytaraq”

120

Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanın hələ deputat olarkən parlamentdə etdiyi çıxışın videoyazısı üzə çıxıb.

Sözügedən videoda N.Paşinyan parlament tribunasından deputatlara səslənərək deyir: “Gəlin, Azərbaycana məxsus torpaqları onların özlərinə qaytaraq. Mən bunu sizə rəsmi olaraq elan edirəm: bu, onların torpaqlarıdır”.

Qeyd edək ki, Paşinyan bu çıxışından iki il sonra hakimiyyətə gəlib. Əslində, onun qəzet redaktoru olarkən də mövqeyi bu cür olub və yalançı erməni tarixi haqda həddən artıq ağır ifadələr işlədib.

Paşinyan Qarabağ klanını, işğalı, yalançı erməni tarixi uydurulmasını və Rusiyanı erməni xalqının faciəsi sayıb və bundan əl çəkməyə çağırıb. Hakimiyyətə gəldikdən sonra isə Qarabağ klanı və Rusiyaya qarşı böyük kampaniyaya başlasa da, yalançı tarix və işğalda sələflərindən daha artıq “patriot” olmaqla “özünü yandırdı”.\\Axar.az