Paşinyandan Gürcüstana qarşı ərazi iddiası

60

Hurriyyet.org xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan indi də Gürcüstana ərazi iddiaları ilə çıxış edib.

Sosial şəbəkələrdə Gürcüstan ermənilərinin keçirdiyi aksiyalardan foto paylaşdığı zaman “Cavaxeti” əvəzinə, “Cavakx” adını işlədib. Ermənilər Gürcüstanda sıx yaşadıqları ərazini öz dillərində belə adlandırırlar.

Bu informasiya Gürcüstan vətəndaşları arasında narazılıq yaradıb. Onlar Paşinyanı Gürcüstana da ərazi iddiaları irləli sürməkdə ittiham ediblər.