“PAŞİNYANA CİNAYƏT İŞİ AÇILIB” – “Səs-küylü həbslər gözlənilir”

915

Ermənistanda siyasi vəziyyət stabilləşmək əvəzinə daha da gərginləşir.

“AzPolitika.info” xəbər verir ki, bu gün erməni mətbuatında Nikol Paşinyana qarşı cinayət işinin açıldığına dair məlumat yayılıb.

Belə ki, müxalif “Vahid Ermənistan” Partiyasının rəhbəri Artur Kazinyan öz “feysbuk” səhifəsində Xüsusi İstintaq Xidməti tərəfindən Paşinyana qarşı cinayət işi açıldığın yazıb: “Səs-küylü həbslər gözlənilir. Bu gün 16.00-da cinayət işinin detallarını təqdim edəcəm.”

Xatırladaq ki, Noyabrın 10-dan etibarən Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı müxalifətin etiraz aksiyaları keçirilir. Nümayişçilər və müxalifət partiyaları rəhbərləri onun istefasını və cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər.