Paşinyana 3 gün vaxt verildi: “İstefaya getməsə, biz onu vəzifədən kənarlaşdıracağıq və NÖQTƏ”

732

Bu gün çoxminli mitinq və yürüş keçirən Ermənistan müxalifəti Nikol Paşinyana və komandasına ultimatum verib: “Dekabrın 8-də günorta saatlarına qədər istefaya getməlidirlər”.

Bu gün İrəvanda keçirilən mitinqdə Daşnaksutyun ” partiyasının nümayəndəsi İşxan Saqatelyan belə deyib.

“Biz iki məsələni Paşinyanın istefaya gedəcəyi günü və saatını, eləcə də xalqın fiziki qırğınlara yol verməyəcəyinə dair zəmanətlərin verilməsi məsələləri müzakirə edəcəyik”, – Saqatelyan  bildirib.

Saqatelyan deyib ki, əgər həmin müddətə qədər Paşinyan və onun komandası getməsə, bütün Ermənistanda vətəndaş itaətsizliyi aksiyaları başlanacaq: “Əgər çərşənbə axşamı getməsə, onda biz özümüz onu kənarlaşdıracağıq və nöqtə”. \\Ovqat