Paşinyan Rusiya və İran səfirləri ilə görüşmək istəyir

    6

    Erməni etiraz hərəkatının lideri Nikol Paşinyan Rusiyanın, Avropa Birliyinin, İranın və Gürcüstanın səfirləri ilə görüşmək niyyətindədir.

    Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.

    "Biz Rusiya, Avropa Birliyi, İran və Gürcüstan səfirləri, həmçinin diplomatik korpus nümayəndələri ilə müzakirələr planlaşdırırıq. Biz onlarla siyasi vəziyyəti müzakirə etmək niyyətindəyik", — Paşinyan bildirib.

    N.Paşinyanın sözlərinə görə, Ermənistanda baş verən hadisələrdə hansısa geosiyasi qəsd və səbəblər axtarmaq lazım deyil. Onun Ermənistanın baş naziri seçilməsi halında, ölkənin xarici siyasəti öz istiqamətini saxlayacaq.