Paşinyan oğlunu Qarabağa göndərməkdən İMTİNA ETDİ – SƏBƏB

    6

    Ermənistanın yeni baş naziri Nikol Paşinyan oğlu Aşot Paşinyanı işğal altında olan Azərbaycan ərazilərinə göndərməkdən imtina edib.

    Hurriyyet.org big.az-a istinadla xəbər verir ki, buna səbəb kimi oğlunun səhhətində yaranan problemlər göstərilir.

    Ermənistanın müstəqil mediasının yaydığı xəbərə görə, əslində Aşot Paşinyan könüllü olaraq Qarabağda ön cəbhədə hərbi xidmət keçmək istəmir.

    Hətta, buna görə onunla atası arasında qarşıdurma yaşandığı deyilir.

    Digər versiyalara görə, Ermənistanın yeni hakimiyyəti beynəlxalq təzyiqlə üzləşməmək üçün Nikol Paşinyan oğlunu Azərbaycanın işğal altında olan torpaqlarına göndərməkdən çəkinib.

    Xatırladaq ki, bir neçə gün öncə Azərbaycanın Xarici İşlər Nazirliyi Nikol Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsi məsələsinə sərt reaksiya verib.