Paşinyan güc strukturlarında təmizliyə başladı – MTN və DİN rəhbəri yola salınır

    6

    Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistandakı güc strukturlarının liderlərinin vəzifədən azad edilməsi üçün fəaliyyətə başlayıb.

    Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, Paşinyan artıq Ermənistan polisinin rəhbəri Vladimir Qasparyan və Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Georgi Kutoyanın vəzifədən azad edilməsini prezidentə təklif edib.

    Qeyd edək ki, hazırda hər iki vəzifəni Serj Sərkisyanın kadrları idarə edir.