Paşinyan Dağlıq Qarabağ münaqişəsindən DANIŞDI: “Hazırıq!”

    3

    Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian ilə görüşüb.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu haqda Ermənistan hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib.

    Xəbərə görə, görüşdə Ermənistna-Fransa münasibətlərinin indiki səviyyəsi, həmçinin Dağlıq Qarabağa münaqişəsinin həlli prosesi müzakirə olunub.

    “Baş nazir Dağlıq Darabağ münaqişəsi üzrə danışıqlar prosesində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın rolunu yüksək qiymətləndirib. Nikol Paşinyan Ermənistanın konstruktiv atmosferdə danışıqlar prosesini davam etdirməyə hazır olduğunu təsdiq etdi”, – xəbərdə deyilir.